Hava proqnozu: İyulun 14-də hava belə olacaq

Azərbaycanda iyulun 14-ü üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 26-31° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

İyulun 14-də mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında iyulun 14-ü axşamdan 16-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Azərbaycanın rayonlarında da iyulun 14-ü axşamdan 16-dək bəzi yerlərdə qərb küləyinin arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.