Azərbaycanda iyulun 11-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
İyulun 11-də şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Xəbərdarlıq!
Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir. İyulun 12-də şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.
Azərbaycanın bəzi rayonlarında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir. İyulun 12-13-də qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.