Azərbaycanda fevralın 28-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 28-də Abşeron yarımadasının hava şəraitində mühim dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Avtomobil yollarında vəziyyət
Fevral ayının 28-də gecə və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala, Şəki-Qax-Zaqatala, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Gəncə-Daşkəsən, Yevlax-Xocalı-Laçın, Füzuli-Cəbrayıl-Mahmudlu, Ağdam-Füzuli-Horadiz, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.