Hava proqnozu: Fevralın 26-da hava belə olacaq

Azərbaycanda fevralın 26-sı üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 26-da Abşeron yarımadasında mülayim xəzri küləyi fonunda rütubətli hava şəraiti bəzi meteohəssas, xüsusən də, oynaq xəstəlikləri problemi olan insalarda narahatlıq hissi yarada bilər.

Avtomobil yollarında vəziyyət

Fevral ayının 26-da gecə və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala, Şəki-Qax-Zaqatala, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Gəncə-Daşkəsən, Yevlax-Xocalı-Laçın, Füzuli-Cəbrayıl-Mahmudlu, Ağdam-Füzuli-Horadiz, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.