Azərbaycanda aprelin 5-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-6° isti, gündüz 9-14° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprel ayının 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Avtomobil yollarında vəziyyət
Aprelin 05-də səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Quba-Xaçmaz, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Füzuli-Cəbrayıl-Mahmudlu, Göyçay-Ucar magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.