Azərbaycanda aprelin 2-si üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti, Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 24-29° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
Avtomobil yollarında vəziyyət
Aprelin 2-də səhər və axşam saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Quba-Xaçmaz, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Bərdə-İstisu, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Göyçay-Ucar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Bəhramtəpə-Biləsuvar, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprel ayının 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.