Azərbaycanda aprelin 19-u üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprel ayının 18-19-da Abşeron yarımadasında gündüz saatlarında arabir güclənən mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Avtomobil yollarında vəziyyət
Aprelin 19-da gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Qusar, Quba-Xaçmaz, Göyçay-Ucar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Yevlax-Zaqatala, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-800 m-dək məhdudlaşacağı gözlənilir.