Azərbaycanda aprelin 18-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-19° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprel ayının 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Avtomobil yollarında vəziyyət
Aprelin 18-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Qusar, Quba-Xaçmaz, Göyçay-Ucar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Yevlax-Zaqatala, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-800 m-dək məhdudlaşacağı gözlənilir.