Hava proqnozu: Aprelin 14-də hava belə olacaq

Azərbaycanda aprelin 14-ü üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 14-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Avtomobil yollarında vəziyyət

Aprelin 14-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Qusar, Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Bərdə-İstisu, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Ağsu-Kürdəmir-Bəhramtəpə, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.