Hande və Kerem ayrılığı təsdiqləndi

Hande Erçel və Kerem Bürsin cütlüyünün ayrılıq xəbəri təsdiqlənib. Onların da ayrılığını eyni nüans təsdiqləyib.

Belə ki, təxminən bir ay öncə cütlüyün ayrılıq xəbəri yayılmışdı. Amma hər iki cəbhədən bu mövzu ilə bağlı açıqlama gəlməmişdi.

Miraj.az xəbər verir ki, Hande öncə instagram hesabında paylaşmış olduğu şəkillərin rəy bölməsindən Keremin yazdığı rəyləri, sonra Kerem ilə olan bəzi fotoları silib.

Xatırladaq ki, cütlük “Sen Çal Kapımı” serialının çəkilişləri zamanı tanış olmuşdular.