“Hakim” Türkiyənin ATV telekanalının 2022-ci ildə izləyici qarşısına çıxaracağı yeni bir serialıdır və tezliklə izləyicilərin ixtiyarına veriləcək.
Miraj.az yazır ki, serial məşhur Amerika serialı “Your Honor”un Türkiyə versiyasıdır və Limon Film şirkəti tərəfindən istehsal olunur.
Serialın baş rolunda hər birimizin Behzat Ç. obrazı ilə tanıdığı, ən son “Kağıt Ev” və “Hamlet” seriallarında, “Bergen” filmində rol almış Erdal Beşikçioğlu rol alır.

ATV yeni iddialı serialları ilə diqqət çəkir. Telekanal 2022-ci ildə artıq bir yeni serialını izləyici ilə görüşdürüb. O serial “Yalnız Kurt” adlanır. Kanalın yayımlanacaq digər bir yeni serialı isə “Adı Sevgi” serialıdır.
“Hakim”in ilk tanıtımını izləmək üçün keçid edə bilərsiniz.