Məşhur türkiyəli müğənni Hadise həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerdən boşanır. Miraj.az xəbər verir ki, ikilinin boşanması sabah Beykoz ədliyyəsində baş tutacaq.
Artıq onların boşanmasının səbəbləri də məlum olub. Belə ki, cütlüyün ayrılmasına müğənninin həmkarı Murda ilə isti münasibətləri səbəb göstərilir. Məsələ burasındadır ki, Hadise həm konsertdə, həm də “İmdat” klipində Murda ilə həddən artıq yaxınlığı ilə diqqət mərkəzinə düşüb. Bu isə Mehmet və ailəsi tərəfindən xoş qarşılanmayıb. Ailə içində “Sən evlisən, necə qucaqlaşa bilərsən?” kimi səslənən fikirlər cütlüyün ayrılmasına gətirib çıxarıb.
Xatırladaq ki, Hadisenin Mehmet Dinçerler ilə toyu elə bu yay baş tutmuşdu.
