Xalq artisti Həmidə Ömərova yenidən aparıcılıq edəcək. Miraj.az xəbər verir ki, sənətçi Kanal S televiziyasında aparıcılıq edəcək.
Bu barədə Xalq artisti rəsmi instagram hesabında məlumat verib. Həmidə Ömərova bildirib ki, veriliş bu gündən etibarən yayım həyatına başlayacaq. Veriliş Kanal S-inema adlanır.
Xatırladaq ki, Həmidə Ömərova daha əvvəl “Seans”, “Retro” və “Kinoştrix” kimi proqramların aparıcısı olub.