Günel Zeynalova ailəsi ilə fotolarını paylaşdı

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova sosial şəbəkədə ailə üzvləri ilə birgə olan fotolarını paylaşıb. Miraj.az xəbər verir ki, sənətçi Ramazan bayramında anası Zöhrə Zeynalova və atası Rəhman Zeynalovla bir araya gəlib.

O, ailə üzvlərinin yer aldığı şəkillərə bu sözləri yazıb: “Atamla anamın yanımda olduğu ən gözəl bayram. Allah sizi mənə çox görməsin”.