Türkiyəli müğənni Gülbən Ərgən konsert proqramı zamanı səhnədə yıxılıb. Miraj.az xəbər verir ki, Düzcedə səhnə alan ifaçı ikinci mahnısını ifa edərkən ayağı libasına dolaşdığı üçün müvazinətini itirərək yerə yıxılıb.
Bu əsnada o, huşunu itirib. Ehtimal olunur ki, Gülbənin təzyiqi düşdüyü üçün ürəyi gedib. 20 dəqiqə davam edən müdaxilənin ardından özünü yaxşı hiss edən sənətçi səhnəyə qayıdıb. Lakin yenidən vəziyyəti pisləşən Gülbən Ərgən ambulansla xəstəxanaya aparılıb. Müğənninin konserti ləğv olunub.