Gülay Zeynallı Elza Seyidcahanın onu tənqid etməsindən danışdı

Müğənni Gülay Zeynallı Əməkdar artist Elza Seyidcahanın onun ünvanına dediklərinə cavab verib. Miraj.az xəbər verir ki, “Şourum”un qonağı olan ifaçı bunları söyləyib:

“Sənətkardır, gözəl musiqlərin yazarıdır. Amma gözündə canlandırdığın sənətkarlar var ki, onları ondan gözləmirsən. Amma görəndə deyirsən ki, heyif.

Bir ara aramızda söz-söhbət oldu. Bir vaxtlar ondan mahnı götürmüşdüm. Üstündən bir az keçəndə dedi, ürəyimcə deyil. Sənətkar adam çağırmalıdır, deməlidir, üstündən illər keçib, gəl təzədən oxu. Onu qabarıq formada danışmaq ki, xoşuma gəlmir… Zamanında oxuyanda, ödəniş edəndə yaxşı idi? Ona cavab vermədim, belə tərbiyə görmüşəm ki, böyüyə hörmət etmək lazımdır”.

Xatırladaq ki, Seyidcahan Gülayın ünvanına “Gülay mənsiz mahnını ifa edib və radioya verib. Xətrinə dəymədim. Orada deməlisən “əl çəksin kədər”. Bu da deyir “əl çəssin kədər”. “Çəssin” sözü var? Mən də maşında qulaq asanda, az qalsın beynimə qan sızsın. Bəstəkaram axı…” sözlərini söyləmişdi.

Yeri gəlmişkən, müğənni Gülay Zeynallı “Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimlini tanımayıb. İfaçıya Səmranın klipi göstərilib. Gülay isə onun adını belə bilmədiyini söyləyib:

“Anası ilə gəzən xanım. Səmra xanımla bir yaxınlıq münasibətim yoxdur, heç bir çəkilişdə və tədbirdə qarşılaşmamışıq”.