Mərhum “Yeşilçam” ulduzu Fatma Girikin mirası ailə içində narazılığa səbəb olub.
Miraj.az xəbər verir ki, ötən ay açıqlanan vəsiyyətdən sonra mərhum aktrisanın varisləri bir-biri ilə mübahisə edib. Çünki Girik mirasının böyük hissəsini qardaşı qızı Fatma Ahu Turanlıya vəsiyyət edib. Bundan sonra bacısı Günay Girik Bodrumdakı 30 milyonluq villanın satışına etiraz edib və bankdakı pulun bloklanmasını istəyib.
O, məhkəməyə müraciət edərək F.Girikin psixoloji problemlərinin olduğunu və vəsiyyətnamənin qeyri-sağlam şəraitdə, təzyiq altında hazırlandığını iddia edib.
Günay özünün və anası Münəvvər Ukavın mirasdan kənarda qaldığını deyib:
“Mirasın böyük hissəsi qardaşı qızı Fatma Ahu Turanlıya və böyük bacısı Müesser Girikə qalıb. Lakin vəsiyyətnamə hazırlayarkən bacımın səhhəti yaxşı deyildi. Buna köməkçisi Dursune Yılmaz və daha 4 qohumu şahiddir. Biz vəsiyyətə etiraz etdik”.