Rəqqasə Fatimə Fətəliyeva şairə Nazilə Səfərlinin onun haqda yazdığı statusa sərt reaksiya verib. Miraj.az xəbər verir ki, rəqqasə həmin sözlərin ona ünvanlandığını bildirib.
Fatimə Fətəliyeva “İnstagram”da canlı yayım açaraq Nazilə Səfərlinin ünvanına sərt sözlər işlədib:
“Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama, ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kimin üçün ərəb rəqsi oynamısan, yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm.
Bundan əvvəl salonumdakı işçiləri pislədi ki, heç kim ora gəlməsin. Nazilə Səfərli, niyə dinc dayanmırsan, sənin adını çəkən var? Efirdə soruşurlar, deyirəm, Nazilənin ürəyində kin yoxdur. Sən demə, Nazilənin ürəyində ilanlar var imiş.
Məni xınaya çox dəvət edirlərsə, mənim günahımdır? Durub yazırsan, rəqqasəni stoldan qovdular, yiyəsizdir. Mən Fətəliyev nəslindənəm, maraqlan, araşdır. Sən də haradan gəlmisən, yadına sal. Necə gəlməyin örtüldü?
Nə at üstünə minmisən, camaatı heç nə edirsən? Sənin nəsə deməyinlə mən kiminsə gözündən düşmürəm. Yadına sal ki, xonça evimə gəlib gecə ərəb rəqsi paltarı aldın. Gecə hara gedirdin? Ərəb rəqsi oynasam da, qız uşağı böyütmüşəm. O günü az gördüm, şükür. O vaxt oynayanda xəcalət çəkmişəm, utanmışam. Anam evdə ağlayırdı. Bu bayram günü göz yaşım yerdə qalmayacaq (ağlayır). Allah hamının ürəyinə görə versin. Mən qız, oğul anasıyam. Hamı bilir necə qız böyütmüşəm, necə ailədə böyümüşəm. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax, gör, ərim deyə-deyə nə oyundan çıxırsan”.
“Ağır olsan, dingildədiyin masalar qırılar”
Xatırladaq ki, Nazilə Səfərli daha öncə adını açıqlamadığı bir rəqqasənin onu məclislərdən uzaqlaşdırmaq istədiyini yazmışdı. O, bu haqda sosial şəbəkə hesabında paylaşım etmişdi:
“Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan, dingildədiyin masalar qırılar. Bağışla”.
Fatimə Fətəliyeva onun bu paylaşımına belə reaksiya verdiyi üçün Nazilənin bu sözləri məhz sözügedən rəqqasə barədə dediyi şübhə doğurmur.
