Faiq Ağayev ailə qurmamasının səbəbini açıqladı

Xalq artisti Faiq Ağayev yenidən ailə qurmamasının səbəbini açıqlayıb. Miraj.az xəbər verir ki, müğənni bu haqda “Sözbaz” proqramında danışıb:

“Sevgi hər zaman ailə qurmaqla bitmir. Elə sevgi var ki, səni dəli edir, gözünü bağlayır, ailə nədir, özünü yaddan çıxarırsan. Bu sənətdə olmasaydım, ailə tez olacaqdı. Yaxşı ki, bu sənətdəyəm. Ailəcanlıyam. Amma hay-hayım gedib, vay-vayım qalıb. 50 yaşım var, bundan sonra nə evlilik?”

Xatırladaq ki, Faiq Ağayev bir dəfə evli olub. Nigar adlı xanımla ailəli olan Ağayev cəmi 2 il evli qaldıqdan sonra boşanıb.