“Eurovision”da Azərbaycanı o təmsil edəcək

Azərbaycanı “Eurovision-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək ifaçı bəlli olub.

Miraj.az xəbər verir ki, bu haqda İctimai Televiziyada yayımlanan “Sabahın Xeyir, Azərbaycan” verilişində Azərbaycanın “Eurovision” nümayəndə heyətinin rəhbəri, prodüser və bəstəkar İsa Məlikov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanı müsabiqədə 2022-ci ildə “Səs Azərbaycan”ın qalibi Nadir Rüstəmli təmsil edəcək.

İtaliyanın Turin şəhərində “The sound of beauty” (“Gözəlliyin səsi”) şüarı ilə təşkil olunacaq müsabiqədə Nadir Rüstəmli 12 may 2022-ci ildə keçiriləcək 2-ci yarımfinalda performans göstərəcək.

Azərbaycanı “Eurovision”da ən son “Mata Hari” mahnısı ilə Samirə Əfəndi təmsil etmişdi.