İtaliyanın Turin şəhərində “Eurovision-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib. Miraj.az xəbər ikinci yarımfinalda 18 ölkənin təmsilçisi finala vəsiqə uğrunda mübarizə aparacaq.
Onların arasında Azərbaycan da var: Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç.
Müsabiqənin ikinci yarımfinalında təmsilçimiz Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə yarışır. Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanır.
Xatırladaq ki, mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə – İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.
“Eurovision-2022”-nin final mərhələsi mayın 14-də baş tutacaq.