Cem Yılmazın həm ssenaristliyini etdiyi, həm də baş rolda oynadığı “Erşan Kuneri” filminin 2-ci sezonu çəkiləcək.
Erşan Kuneri obrazı ilk dəfə “Gora” və “Arif V 216” filmlərində izləyici qarşısına çıxıb. Serialın ilk sezonu isə ötən il çəkilib və bu il may ayında Netflix’də yayımlanıb. Serial böyük səs gətirdiyi üçün 2-ci sezonunun da çəkilməsi ilə bağlı qərar verilmişdi.
Miraj.az xəbər verir ki, bu gün Netflix Türkiyənin rəsmi hesablarından serial ilə bağlı paylaşım edilib və “Kuneri Film ailesi ile yeniden bir araya gelmekten mutluluk duyarım. Erşan Kuneri 2. sezon geliyor.” şərhi qeyd edilib. Bildirilib ki, serialın 2-ci sezonu 2023-cü ildə yayımlanacaq
Serialda Cem Yılmazla birlikdə Ezgi Mola, Merve Dizdar, Nilperi Şahinkaya, Çağlar Çorumlu, Zafer Algöz, Uraz Kaygılaroğlu, Bülent Şakrak kimi isimlər də yer alır.





