Elza Seyidcahan tənqid etdi, Gülay Zeynallı sevgiylə cavab verdi

Əməkdar artist Elza Seyidcahan həmkarı Gülay Zeynallıya verdiyi bəstədən və onunla aralarında yaşanan narazılıqdan danışıb. Miraj.az xəbər verir ki, o, “Günün sədası” proqramında bunları söyləyib:

“Gülay mənsiz mahnını ifa edib və radioya verib. Xətrinə dəymədim. Orada deməlisən “əl çəksin kədər”. Bu da deyir “əl çəssin kədər”. “Çəssin” sözü var? Mən də maşında qulaq asanda, az qalsın beynimə qan sızsın. Bəstəkaram axı… Gedib brend geyinirsiniz, qəşəng, “ledilər” geyinənləri geyinib, özünüzü “ledi” kimi göstərirsiniz. Ədəbi dilimizi də belə qoruyun. Mənə də “İnstagram”da yazıb ki, pul verib almışam, ürəyim nə vaxt istəyəcək, oxuyacam. Mahnıya da az pul verib. Deyib, gücüm çatmır, mən də gücü çatan qədər aldım. Onun “Pul vermişəm, kefim istəyəndə oxuyacam” sözü xətrimə dəyib”.

Elza Seyidcahan Gülayın ünvanına tənqidlər səsləndirsə də, Zeynallı ona qarşılıq vermək istəməyib. O, sadəcə Seyidcahanla fotosunu paylaşaraq bu sözləri qeyd edib:

“Elza xanım, mən sizə və böyüklərə hörmət edən bir xanımam. Sizi sevirəm”.