Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl küsülü olduğu, sonradan barışdığı oğlu Ələkbərlə bağlı paylaşım edib. Miraj.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
Övladının ad günü olduğunu vurğulayan Elza Seyidcahan Ələkbərlə bağlı arzularını bölüşüb:
“Mələk qəlbli oğlumun yubileyi mübarək olsun. Allah səni həmişə xoşbəxt, bəxtəvər, sevilən, sevən etsin. Balaların çoxalsın. Xanımın, ailənlə həmişə mehriban, huzurlu, bərəkətli, can-sağlıqlı, uzun ömür keçirəsən. Balalarının toyunu görəsən. Səninlə fəxr edirik. Şükürlər olsun Allaha ki, səni bu yaşa qədər sağlam, gözəl qoruyub-saxlayıb. Arzu edirəm ki, bundan sonrakı illərinin də qədrini bilib, tanrının imanlı, pak balası olasan. Həm qardaşım, həm yol yoldaşım, həm sənət dostum, həm kəskin, sərt tənqidçim, həm ən gözəl, durüst tərifçim, gözütox, mərd, etibarlı balam.
İmza: “Eja mama”. Uşaqlıqda mənə belə deyirdin, indi isə “anacan” deyirsən. Mən isə deyirəm: “Seyid – Ələkbərin anası, xalqa məxsus ekstrovaqant “dahi”, “cızmaqaraçı şair,” cıbının “Eja maması” Elza Seyidcahan. Sən də dahisən, amma sənətdə anan kimi bir balaca cəsarətli deyilsən. Çox sadəsən. İnşallah, hələ bu nədir ki… Gözəl günlər, şanlı, xoş günlər hələ qarşımızdadır”.
Xatırladaq ki, Elza Seyidcahanın Ələkbər adlı oğlu, Gülşən adlı qız övladı var. Ələkbər bir oğul atasıdır, Gülşənin isə bir qızı var.