Elza Seyidcahan küsülü olduğu Nazpəri Dostəliyeva haqda danışdı

Əməkdar artist Elza Seyidcahan uzun zamandır küsülü olduğu Xalq artisti Nazpəri Dostəliyeva ilə barışmaq istədiyini açıqlayıb. Miraj.az xəbər verir ki, o, öz verilişində müğənni ilə barışmaq istədiyini söyləyib:

“Küsülü olduğum bir xalq artisti var – Nazpəri Dostəliyeva… Bu bayramda onu təbrik edirəm. Onunla bir mahnımız da olub. İstəyirəm artıq səhnəyə qayıtsın və həmin mahnını səsləndirsin”.

Qeyd edək ki, Nazpəri Dostəliyeva ilə Elza Seyidcahan arasında qalmaqalın təməli “Azərbaycanın səsi” mahnı yarışmasında qoyulub. Hər iki ifaçı sözügedən yarışmada münsif kürsüsündə oturub. Mübahisənin səbəbi Dostəliyevanın yarışmada Seyidcahanın tələbələrinin adını çəkməməsi olub.

Elzanın “Nazpəri xanım, hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim “Qadasını aldığım” və “Ömrümdən getmə” mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub” sözlərinə Dostəliyeva gülərək reaksiya verib. “Yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm” deyən, Dostəliyeva studiyanı tərk edib.