Elxan Şirinov Cabbar Musayevlə barışmaqdan imtina etdi

Əməkdar artist Elxan Şirinov keçmiş dostu Cabbar Musayevlə barışdırmaqdan imtina edib. Miraj.az xəbər verir ki, müğənni “Həmin Zaur” verilişinin qonağı olub.

Proqramda aparıcı Zaur Kamal sənətçini keçmiş dostu Cabbar Musayevlə barışdırmağa cəhd edib. Amma Elxan Şirinov onun təklifini rədd edib:

“Dostlarım çox olub. Cabbar Musayevlə dostluğum şadlıq sarayından başlayıb. Bir nəfər dedi ki, bu adam gəlib bizimlə işləyər. O vaxtdan birlikdə çalışdıq. Küsülü deyilik. Sadəcə, insan saxtakarlıq etsə, heç vaxt bağışlamaram, mümkün deyil. Öz oğlumun da səhvi olarsa, bağışlamaram. Ona gözümün yağını yedizdirmişəm. Barışdırmaq üçün təşəbbüs göstərən çox olub. Rayondan sayılıb-seçilən adamlar gəliblər, amma mümkün deyil. O dünya məsələsi var. Orada haqq hesab edəcəyəm. Zəng vursa, danışaram, amma elə məntiqli söz deyərəm ki, üçümüz də pərt olarıq”.

Xatırladaq ki, Şirinov bir neçə il bundan əvvəl sözügedən məsələ ilə bağlı açıqlama vermiş və Musayevlə küsülülüyün səbəbini açıqlamışdı. Onun sözlərinə görə, xəstə vaxtlarında Cabbar onunla maraqlanmayıb. Bu üzdən də Elxan keçmiş dostundan inciyib.