Elvin Abdullayev: “Nənəmi Ancelina Coli kimi görürəm”

Müğənni Elvin Abdullayev sosial şəbəkədə effektli fotolar paylaşanlara söz atıb. Miraj.az xəbər verir ki, sənətçi bunla bağlı “İnstagram” hesabında paylaşım edib.

“Effektləri çıxarana nə deyim mən? Fotoşopa görə nənəmi belə Ancelina Coli kimi görürəm. Ah nənəm” deyə, Elvin paylaşımında qeyd edib.

Elvin Abdullayev əlavə edib ki, hazırda fotoşop vasitəsilə xanımlar özlərini tamam dəyişib, tanınmaz hala salırlar.