Müğənni Elnur Məmmədov sosial şəbəkədə ilk dəfə övladının fotosunu paylaşıb. Miraj.az xəbər verir ki, ötən ilin noyabrında ata olan sənətçi oğlu İnamın şəklini “İnstagram” izləyiciləri ilə bölüşüb.
Lakin o, uşağın üzünü gizlədib. Müğənni paylaşımında bunları qeyd edib:
“Allahın ən gözəl hədiyyəsi… Şükür, cənnətin iyini mənə qoxlatdın. Allahım, arzusunda olanlara nəsib et!”
Xatırladaq ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub.
