Elnarə Xəlilova: “Plastik əməliyyata ehtiyacım yoxdur”

Müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında yeni paylaşım edib. Miraj.az xəbər verir ki, sənətçi yeniliklərindən bəhs edib:

“Çox şükür, ilimizi bir-birindən gözəl layihələrimizlə başladıq. Bir-birinin ardınca mütəmadi olaraq ayda 1 mahnı çıxardıb, 2 ayda bir klip çəkdirdik. Sonuncu işimizi Ukraynadan olan rejissor həyata keçirdi.

Bundan sonrakı bir-birindən uğurlu layihələrimizin anonsunu indidən verirəm. Çox yaxında ard-arda çox gözəl layihələrin şahidi olacaqsınız. Bilirəm ki, onları da təkrar etmək istəyənlər olacaq, çünki nümunə olmağı çox sevirəm. Çox şükür, artıq uzun zamandır formadayam. 4 uşaqdan sonra 42 yaşımda hələ ki, heç bir plastik əməliyyata ehtiyacım yoxdur. Məndə olan bir şey var ki, o məndən başqa heç kəsdə yoxdur: O sizsiz, mənim tamaşaçım. Sizi heç kəsə nə dəyişə, nə də əvəzinizi tapa bilərəm. Mənim tamaşaçım mənim özüm kimidir. Çünki sizi çox sevirəm, Allaha əmanət edirəm”.