Eldar Qasımov və Nigar Camal milli seçim turunda

Eldar Qasımov və Nigar Camal ötən gün Polşanın milli seçim turu “Tu bije serce Europy”da iştirak edib. 

Miraj.az yazır ki, Eldar və Nigar gecədə onlara qalibiyyət gətirən mahnılarını səsləndiriblər. Onlar “Eurovision” 2011 mahnı müsabiqəsində səsləndirdikləri “Running Scared”i səsləndiriblər.

Seçim turunda Eldar və Nigarla yanaşı tanınmış digər “Eurovision” simaları Viki Qabor, Sara Ceyms, Rafal, Yustina Steçkovska, Blu Kafi, Kaşya Moş da iştirak edəcək.