Ehtiram Hüseynov ağır xəstəlikdən əziyyət çəkir

Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Miraj.az xəbər verir ki, bu barədə muğam ifaçısı “Instagram” hesabındakı paylaşımda məlumat verib.

O, Türkiyənin tanınmış müğənnisi Serdar Ortaçın bu xəstəliklə bağlı dediyi sözləri paylaşıb: “MS (Multipl Skleroz) xəstəsi olmaq o deməkdir ki, bu gün yaxşı, sabah pis, növbəti gün isə yaxşı olub, insanları təəccübləndirirsən”.

Sənətçi paylaşımına “İnşallah MS-in də çarəsi tapılar” sözlərini əlavə edib.

İzləyicilər də Ehtiram Hüseynovun paylaşımını bəyənərək ona şəfa diləyiblər.

Qeyd edək ki, Dağınıq skleroz – sinir sisteminin iltihabi xəstəliyidir. Bu xəstəlik baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur.