Dilarə Kazımova: “Onlar yalnız mənim üçündür, paylaşmayacağam”

Müğənni Dilarə Kazımova son vaxtlar sənət adamları arasında da dəb halını alan omba böyütmə əməliyyatından danışıb. Miraj.az xəbər verir ki, o, “MTV maqazin”ə açıqlamasında

“Həftədə dörd dəfə idmana gedirəm. Deyəndə, gözəl bədənin var, sevinirəm. Əziyyəti qiymətləndirəndə sevirəm. Amma bədənimi yox, səsimi sığortalayardım. Cennifer Lopes deyiləm.

Əməliyyata gəlincə, ancaq burnumu edərəm, çünki nəfəs ala bilmirəm. İndi kimə baxırsan qızların ombası bir-birinə oxşayır. Əvvəl üzləri idi, indi ombaları bənzəyir. Özümü “seks ikona” yox, amma seksual qadınlardan biri hesab edirəm. Aygün Kazımova, Röya Ayxan, Səidə Sultan, Tünzalə Ağayeva, Nura Suri xoşuma gəlir”.

Sevgilisi olmadığını söyləyən Dilarə Kazımova “Çox istərdim sevim. Sevgilim də yoxdur. Hələ ailə qurmaq istəmirəm” sözlərini əlavə edib.

İfaçı özü üçün çılpaq fotosessiya etdirdiyini də söyləyib: “Qışda bağlı geyinirəm, soyuqdu. İyundu, necə geyinim? İstidən ölüm? Çılpaq fotosessiyam var. Öz bədənimdən xatirə kimidir. 60-80 yaşımda açıb baxacam. Onlar yalnız mənim üçündür, paylaşmayacağam”.