Damla açıq-saçıq fotolara görə tənqid olundu

Müğənni Damla ailəsi ilə birlikdə istirahətə yollanıb. Miraj.az xəbər verir ki, sənətçi dincəlmək üçün Afrikanı seçib.

O, getdiyi yerdən şəkilləri “İnstagram” izləyiciləri ilə bölüşüb və fotolara “Himba qəbiləsinin sakinləri ilə” şərhini yazıb. Lakin ifaçının oradakı qadınlarla çəkdirdiyi şəkillər müzakirələrə səbəb olub. Belə ki, Damlanın qadınların sinəsiaçıq şəkillərini açıq-aşkar paylaşması tənqid edilib.

Müğənni şəkilləri silərək, fotoya emojilər qoyaraq yenidən yerləşdirib. İzləyicilər bu dəfə də onu qınayıblar. Sənətçi paylaşımını bir müddət sonra ümumiyyətlə silmək məcburiyyətində qalıb.

Damla əlavə edib ki, özü Afrikaya çatsa da, çemodanı gəlməyib. Ona baqajının 3 gün sonra gələcəyi deyilib.

İfaçı istirahətə birgə yollandığı oğlu ilə fotolarını da yayımlayıb.