Daha iki məşhurun gizli evliliyi üzə çıxdı

Daha iki məşhur mediadan gizli şəkildə ailə həyatı qurub. Bunlar aktyor Zaur Şəfiyev ilə aktrisa Dəniz Tacəddindir.

Miraj.az olay.az-a istinadən xəbər verir ki, cütlük ötən ilin qışında ailə həyatı qurub.

Cütlüyün nikahı ailə arasında olub və mediadan gizli saxlayıblar.

Dəniz Tacəddin sosial media hesabında 10 fevral 2021-ci ildə nikah şəhadətnaməsinin şəklini paylaşıb. Lakin ikilinin sosial mediada birlikdə şəkilləri yoxdur.

Bu, Zaur Şəfiyevin 2-ci evliliyidir. Onun ilk evliliyi keçmiş ANS TV-in aparıcısı Nigar Mahmudova ilə olub. Onlar 2009-cu ildə evlənib, 2012-ci ildə boşanıblar.

Dəniz Tacəddin aktrisalıqla yanaşı aparıcılıq da edir. O, İctimai Televiziyada “İTV Səhər” verilişinin aparıcısıdır. Aktrisa daha öncə AzTV-də “Telesəhər” verilişinin də aparıcısı olub.