Müğənni Ceyhun Qala (Əliyev) həmkarı Murad Arifi tənqid edib. Miraj.az xəbər verir ki, o, “Şourum”a açıqlamasında Muradı paxıl adlandırıb:
“Murad Arif mənim haqqımda yaxşı söz danışmayacaq. Onun öz kanalı olsa, istedadlı ifaçılara yol verməz. Kənardan özünü dəstək olan kimi göstərir, amma yalandır. O, istedadsızlara dəstək olur. Sosial verilişi var idi. Dəfələrlə xahiş etdim ki, mahnımı ver. Vermədi. Bir gün dirəşdim ki, “niyə vermirsən?” Qayıtdı ki, “janrın mənə uyğun deyil”. İsmayıl Əsədov, Caner Güney, Tərlan Məmmədhüseynovun bərabər işlədiyi mahnı necə uyğun deyil? Deyir ki, “sənin “Sənə görə” mahnın mənə uyğun idi”. Söyləyirəm ki, “bəs niyə onu vermədin?” Deyir, “başım qarışdı, yadımdan çıxdı”. Tutdum ki, paxıllığımı çəkir.
Murad aparıcı idi, mən gəlib oxuyurdum. Müğənni olanda baxdı ki, eyni bazarda mənimlə rəqabət aparır. Mahnımı verməyəndə fikirləşir ki, yaxşı ifaçıları önə çəkməyim. Mənim bir çox sənət dostum da Murad haqda bu sözü deyir. Amerikadan 1 milyon verib veriliş almamısan, öz kanalındır, jest et”.
Murad Arifin bu ittihamlara cavabı gecikməyib. O, Ceyhun Qala tərəfdən səslənən fikirlərə belə reaksiya bildirib:
“Yəqin xətrinə dəymişəm. Diqqətsizlik etmişəm. Sitəm gördüm, bu da normal deyildi. Belə bir şey hiss etsəm də, etiraf etmərəm. Bu açıqlamanı Ceyhuna yaraşdırmadım. Mənə elə gəlirdi ki, onun işləri yaxşı gedir”.
Qeyd edək ki, Murad Arifin “Youtube”-da yayımlanan “Popumuz Var!” adlı layihəsi var. O, bu layihənin müəllifi və aparıcısıdır.