Əməkdar artist Cavanşir Məmmədov kişi xəyanətindən danışıb. Miraj.az xəbər verir ki, müğənni “MTV maqazin”də qonaq olarkən bunları söyləyib:
“Sevgi azaddır, hər kəsin sevməyə ixtiyarı var. Qadınlarda məsuliyyət böyükdür. Qadın fəxr etməlidir ki, xoruzu gedib başqa damın üstündə banlayır. Amma elə xoruz olmalıdır ki, ayağını sındırıb damdan yerə atmasınlar”.
Cavanşir Məmmədov açıq-saçıq geyinən sənət adamlarından da danışıb. O bildirib ki, ifaçı efirə açıq geyimdə çıxmamalıdır:
“Geyim həddi, əndazəsi var. Bizimkilər keçib… Çimərlik var, hər şey var, bədənini mənə niyə göstərirsən? Nə var. özün bilirsən. Yox, əgər müştəri axtarırsansa, onda özünə oxuyan adı qoyma. Oxuyanın geyimi var, müəyyən yerə qədər soyuna bilər. Müğənni gələndə özü ilə bir-iki geyim gətirməlidir: Baxsın format necədir, ağsaqqal, həkim oturur. Bayram, şoudursa, eybi yoxdur, geyin. Amma durub belini balaca, bədənini şişirdirsən. Camaat səni qəşəng tanıyır. Öz evində ola bilər, telviziyaya İran, Türkiyə, Hindistan, xarici ölkələr baxır. Avropaya inteqrasiya edirik, amma çərçivədə olmalıyıq. Soyunan adama biri bir kəlmə desə, qayıdacaq ki, anan, bacın, müsəlmançılığın haradadır. O, özünü açıb qoyub. Amma kişilərədə deyirəm: ay kişi, sənin ətrafın, ailən var. Evində oturanda onların üzünə necə baxırsan?”