Xalq artisti Cavan Zeynallı yaşını gizlətməyə çalışıb. Miraj.az xəbər verir ki, “Günün sədası” proqramında aparıcı Nanə Ağamalıyeva ondan yaşını soruşub.
Cazmen isə gah yaşını bilmədiyini, gah da pasportunu itirdiyini söyləyib:
“Mənim neçə yaşım olduğunu bilmirlər. Özüm də bilmirəm neçə yaşım var. 30 il əvvəl pasportumu itirmişəm. Gedəcəm polisə, doğum haqqında şəhadətnaməmi göstərib, deyəcəm, baxın görün neçə yaşım var?”
Cavan Zeynallı barədə internetdə axtarış etdikdə onun 1945-ci ildə dünyaya göz açdığına dair məlumatlara rast gəlmək olur. Amma bu məlumatların nə dərəcədə doğru olduğu bilinmir.