Xalq artisti Cavan Zeynallı “Həmin Zaur” verilişində qonaq olub. Miraj.az xəbər verir ki, ötən ay ölüm xəbəri yayılan sənətçi bunu keçmiş düşmənlərinin etdiyini bildirib:
“Həmin gecə saat 4-də dünyasını dəyişən var idi. O da cazmen idi. Sintezatorda ifa edirdi. Biri yatmış halda dedi ki, Canik rəhmətə getdi. Hansı Canik? Canik 1 dənədir. Mən də həmin vaxt evdə xoruldayıram. Səhər 6 idi, həyat yoldaşım Röya Qusardan zəng etdi. Deyir, Tofiq (cazmen) yığmışdı, soruşurdu ki, necə oldu Cavan rəhmətə getdi? Bütün şəhər ondan danışır. Dedim ki, gül kimi yatmışdım, necə yəni rəhmətə gedib?”.