Burak Özçivitlə bağlı qərar verildi

“Kuruluş Osman” serialının çəkilişi ərəfəsində işçi heyətini təhqir etdiyinə görə Burak Özçivit haqqında cinayət işi açılmışdı. Bu gün Özçivitin məhkəməsi baş tutub.

Miraj.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 il 1 ay müddətinə qədər həbsi istənilən aktyor 3 min lirə (təxminən 303 manat) cərimələnib. 

Hakim təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayətə görə məhkum edilmədiyini bildirib və bu əsaslarla məhkəmə hökmün ləğv olunmasına qərar verib.