Bu gün Röyanın evində toydur

Xalq artisti Röya Ayxanın qardaşı İsmayılın bu gün toyudur. 

Miraj.az xəbər verir ki, şəhər restoranlarından birində baş tutacaq məclisə tanınmış simalar da dəvət olunub.

Röya qonaqlara məclislə bağlı qadağa da qoyub. Belə ki, o, heç kimin məclisdən video və foto çəkib yaymasına icazə verməyəcək. Bununla bağlı ifaçı “İnstagram” hesabında hekayə bölümündə paylaşım edib. 

“Gözümün işığı olsa belə” deyə, Röya paylaşımına yazıb. 

İfaçı eyni zamanda qardaşı Ayxanla görüntülərini yayımlayaraq “Mənim üçün sən başqasan” qısa şərhini yazıb.