Amerikalı müğənni Britni Spirs yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən saxlanılıb. Miraj.az xəbər verir ki, bu barədə “The Blast” nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə martın 10-da baş verib. İfaçı həmin gün öz avtomobili ilə sürət həddini aşıb. Kaliforniyada saxlanılan Britni mayın 3-də məhkəmə qarşısına çıxacaq.
Nəşrin əldə etdiyi sənədlərdə sənətçinin avtomobili hansı sürətlə idarə etdiyi əks olunmasa da, ətrafdakı şəxslər üçün həyati təhlükəli yaratdığı yazılıb.
Xatırladaq ki, Britni Spirs 2019-cu ildə də oxşar aqibətlə üzləşib. O, sürət həddini aşdığı üçün Kaliforniya polisi tərəfindən saxlanılmış və cərimələnmişdi.