Bank soymaq istəyən rusiyalı aktyor həbs olundu – VİDEO

Rusiyalı aktyor Andrey Bojanov bank soymaq istədiyi üçün həbs olunub. Miraj.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə fevralın 28-də Sankt Peterburqda baş verib. O, bank ofisini soymağa cəhd edib. Müşahidə kameraları aktyorun kassirə silah doğrultmasını və ondan pul tələb etməsini qeydə alıb. Lakin Andrey istəyinə çatmadan oradan qaçıb. O, hadisədən bir neçə saat sonra hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Üzərində travmatik tapança aşkar edilən aktyor barəsində cinayət işi açılıb. Onun 8 ilə qədər həbs cəzası alacağı bildirilir.

“İstintaqın sirləri” və “Sınıq işıqların küçələri” serialları ilə tanınan 41 yaşlı Andrey Bojanovun son dövrlər işsiz qaldığı qeyd olunur.