Bakıda Braziliya film festivalı keçiriləcək. Miraj.az xəbər verir ki, bu barədə Braziliyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, tədbir səfirliyin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək.
Film festivalı martın 30-dan aprelin 3-dək Nizami Kino Mərkəzində təşkil olunacaq. Tədbir çərçivəsində 4 bədii və 1 sənədli film nümayiş olunacaq. Bütün filmlər orijinal dildə, azərbaycanca subtitrlə göstəriləcək.