Azərbaycan mədəniyyətinin Almaniyada təbliği ilə məşğul olan jurnalist Svetlana İsmayılova dünyasını dəyişib.
Miraj.az xəbər verir ki, bununla bağlı aparıcı Hacı Nuran Hüseynov məlumat paylaşıb. O, dünən Svetlana İsmayılovanın 83 yaşında vəfat etdiyini yazıb.
Xatırladaq ki, mərhum əvvəllər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor vəzifəsində çalışıb. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində baş müəllim, dosent vəzifələrini icra edib. O, həmçinin “Qızıl qələm” mükafatı laureatı idi.
