Azərbaycanı “Eurovision-2022” müsabiqəsində bu mahnı təmsil edəcək

Azərbaycanı “Eurovision-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Nadir Rüstəmlinin oxuyacağı bəstə müəyyənləşib. Miraj.az xəbər verir ki, sözügedən mahnı “Fade to black” adlanır.

Bu barədə Nadir Rüstəmli məlumat yayıb. Onun sözlərinə görə, mahnı danimarkalı Tomas Stenqard və isveçli Andreas Ston tərəfindən bəstələnib.

“Eurovision-2022” İtaliyanın Turin şəhərində keçiriləcək. Şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də baş tutacaq. Final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da keçiriləcək.

Nadir Rüstəmli 12 may 2022-ci ildə keçiriləcək 2-ci yarımfinalda performans göstərəcək. Nadir “Səs Azərbaycan” mahnı müsabiqəsinin qalibi olub.