Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir. Miraj.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Belə ki, baş nazir Əli Əsədov “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb.
Qərara əsasən, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 iyul saat 06:00-dək uzadılıb.
Həmçinin 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır. Bu, yalnız tövsiyə edilir.