Aynur Dadaşova 5 ildir üzünü görmədiyi oğlu ilə barışdı

Müğənni Aynur Dadaşova 5 ildir danışmadığı oğlu ilə barışdığını bildirib. Miraj.az xəbər verir ki, o, bu barədə ATV telekanalındakı proqramda qonaq olarkən bildirib:

“Həyatımda çətin məqamlar oldu: cavan bacımı itirdim, atam rəhmətə getdi, 5 il övladımın nə səsini eşitdim, nə üzünü gördüm. Mənim var-dövlətim səbrimdir. Allaha sığındım: çörəyimi də, işimi də, tamaşaçı sevgisini də Allahdan istədim.

Kiminsə övladı ilə çəkilişin görəndə içimdə başqa ab-hava olurdu. Şükür, indi oğlum yanımdadır. Övladla reklam olunmaq istəmirdim. Bu günə şükür, balam yanımdadır. Qızım Nuray, oğlum Elşad sağ olsun.

Bir yerdə xanımlarla yol gəlirdim. Oğlumun mayda ad günü yaxınlaşırdı. Orada kövrəldim və dedim ki, tort alacam, video çəkəcəm və deyəcəm, bu gün ad günü olanları təbrik edirəm. Görsün ki, ad günündə yanımda olmasa da, tort kəsirəm. Amma elə oldu ki, Allah səsimi eşitdi və bütün qohumlar mayın 5-də yığışdıq”.

Xatırladaq ki, Aynur Dadaşova həyat yoldaşından ayrılanda oğlu atası ilə gedib və anasını danışdırmayıb.