Xalq artisti Aygün Kazımova və müğənni Rauf birgə ifa etdikləri yeni mahnını və onun klipini təqdim ediblər. Miraj.az xəbər verir ki, onlar “Saxla şəkilləri özündə” mahnısını musiqi platformalarında təqdim ediblər.
Mahnının söz və musiqisi İlkin Hüseynova məxsusdur. Aygün Kazımova bu layihəsi üçün Raufla bərabər kamera önünə keçərək, yeni fotosessiya da etdirib. Fotoların müəllifi Vüsal Adıgözəlovdur.
Qeyd edək ki, bu, Aygünlə Raufun dördüncü layihəsidir. Onlar daha öncə “Yaraşdın mənə”, “Aya” və “Bizdən danışaq” adlı duetlər ərsəyə gətiriblər.