Xalq artisti Aygün Kazımova qazancının böyük hissəsini işinə xərclədiyini açıqlayıb. Miraj.az xəbər verir ki, sənətçi “10-da görüşək” proqramında bunları söyləyib:
“Elə sənətçilər var ki, qazanır işinə xərcləyir, eləsi də var hər hansı arzusu, problemini həll edir. O sənətçilərdənəm ki, nə qədər çox qazancım olsa, bir o qədər də layihələrim olur. Bundan həzz alıram.
Düşünürəm ki, etdiklərim doğrudur. Məndən sonra mirasım, tutaq ki, evim və sair, qızıma qalanlar ona yetər. Qalan şeylər, bunlar mal-mülkdür, Süleymana qalmayan dünya kimə qalacaq? Amma mahnılarım, kliplərim, filmlərim, konsertlərim yaşayacaq. Onlar ömür boyu yaşayacaq. Əşya isə xarab olub gedəcək”.
Aygün Kazımova canlı əfsanə olması ilə bağlı suala isə belə reaksiya verib:
“Vaxt keçdikcə, artıq görürlər. Çünki zaman hər şeyi göstərir, önə çıxarır. Bunu deyən insanlara minətdaram. Əfsanələşmə deyəndə yəqin ki, bu yol oraya gedir. Yəqin ki, bizim əfsanə, dahi səbətkarlarımız da bu yolları belə keçiblər. Yəqin ki, mənim yolum da gedib “Əfsanə xanım”ın evinə çatar”.