Xalq artisti Aygün Kazımova 34 il sonra yenidən “Ey mənim dünyam” mahnısını səsləndirib. Miraj.az xəbər verir ki, müğənni sözügedən bəstəni 1988-ci ildə oxuyub.
O, sözügedən mahnıya yenidən müraciət etməsini belə şərh edib: “İlk mahnım, ilk hitim, “Bakı payızı 88” yarışmasında mənə uğur gətirən mahnılardan biri, Vaqif Gərayzadə ilə ilk iş birliyimiz”.
Pop ulduz bu mahnının onun yaradıcılığında xüsusi yeri olduğunu vurğulayıb.
Xatırladaq ki, mahnının musiqisi Vaqif Gərayzadəyə, sözləri Sərvər Quliyevə məxsusdur. “Remake” versiyanın aranjimanı isə Hakan Erola aiddir.
Aygün Kazımova “Ey Mənim Dünyam” mahnısı üçün fərqli obrazda, yeni fotosessiya da etdirib.